VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hazırlanması asan olan həm yüngül,həm də balın gözəl ətri biskviti inanılmaz dadlı edir.

BAKU.WS sizinlə bu dadlı ballı biskvitin reseptini bölüşür:

6 yumurta
160 qram şəkər tozu 
2 çay qaşığı bal
190 qram un

Yumurta, şəkər tozu və balı həcmi ikiqat artana qədər çırpın. Tədricən unu əlavə edib taxta qaşıqla aşağıdan yuxarıya hərəkətlərlə qarışdırın. Yağlı kağız sərilmiş formaya xəmiri tökün və qaşıqla səthi hamarlaşdırın. 180 dərəcəli sobada qızaranadək bişirin. Soyumuş biskviti formadan çıxarıb 2 hissəyə bölün və arasına qatılaşdırılmış süd yaxın. Daha yaxşı dad vermək üçün kərə yağı və ya xama ilə qatılaşdırılmış süd əlavə edə bilərsiniz. Biskvitin üstünə istəyə görə şokoladlı qlazur yaxıb və doğranmış qozla bəzəyə bilərsiniz.

Nuş olsun!

Aysel Selcan
BAKU.WS