VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan çempionu Fövqi Əfəndi sizi idman zalı “FitWay”-ə dəvət edir.

BAKU.WS-in məlumatına görə, Fövqi Əfəndi 26 yaşı olmasına baxmayaraq artıq bütün kişilərin arzuladığı bədənə sahibdir. O, belə nəticəni idmana böyük həvəs olduğunu bildirib.

"Türkiyədə Ankara Orta Doğu Teknik Universitetində qida mütəxəssisi bölümündə təhsil almışam və elə ilk olaraq da məşqçi kimi orda başlamışam. Artıq Azərbaycanda 3 ildir məşqçi kimi işləyirəm. Uşaq yaşlarından başlamışam bu idman növünə. Səbəb isə gözəl bədən quruluşuna həvəsim olub. İdmana 12, 13 yaşımda başlamışam. Zala gələn hər müştəri ilə çalışırıq ki, idmanı sevsin. Əgər siz “FitWay” zalındasızsa, artıq siz sağlam həyata addım atmış olmusuz”.


“FitWay” idman zalı digər zallardan çox fərqlidir. Zalın geniş olması və idman apparatların çox olması məşq edənlərin arasında tıxac yaratmır. “FitWay”zalında qadınlar da intensiv olaraq məşqlərini edirlər. Zalda olan hər kəsə “FitWay”in lisenziyalı məşqçiləri xususi olaraq nəzarət edir.

Zalın lüks hamam otağı, massaj salonu və saunası “FitWay”zalında məşq edənləri heyrətə salır. “FitWay”zalında Yoqa ilə də məşğul olmaq olar.

“FitWay”zalının lisenziyalı qadın məşqçisi Səadət Mütəllimova bəzi kişilərdən daha güclü olduğu üçün zövq aldığını deyib.

“Artıq çəkim olduğu üçün fitnesə gəlmişəm. Məşqçi olmağımı heç fikirləşmirdim”.


Qeyd edək ki, "Fitway" zalında müştəriləri üçün qrup halında fərdi məşqlər pulsuzdur. Zalda 1-3-5-ci günlər 16:00-18:00-də Qasımov Əmrah və Günay Hüseynova ilə 2-4-6-ci günlər isə 15:00–17:00-dək Kamran Qulamov və Səadət mütəllimova ilə pulsuz olaraq fərdi məşqlərə qatıla bilərsiz. Məşqlərdə Fövqi Əfəndi də iştirak edəcək.

Ünvan: Nizami küçəsi 1/3 Axundov bağından yuxarı. 08:00 - 22:30. 

Əlaqə: 050 977 17 87
www.fitway.az
Instagram: fitway_gym     
Instagram: fitway_food