SİZİN REKLAM BURADA!
055 213 76 73



Facebook sosial şəbəkəsinin qurucusu və sahibi Mark Zukerberq Budda məbədəni ziyarət edib.
 
BAKU.WS məlumat verir ki, M. Zukerberq Budda məbədindən olan fotosunu özünün şəxsi facebook hesabında paylaşıb:
 
"Budda məbədini ziyarət edib bütün dünya və ailəm üçün, sülh və sağlıq üçün dua etdim. Buddizm olduqca möhtəşəm və fəlsəfi dindir. Bu din haqda daha çox oxuyub öyrənmək qərarına gəlmişəm", - deyə Mark yazıb.
 
Markın bu şəkli bir çoxlarını təəcübləndirib. Çünki, gənc milyarder, yəhudi ailəsində böyüməsinə baxmayaraq ateist olduğunu bildirib.

Qeyd edək ki, Budda Buddizm dininin banisi, buddistlərə görə ən müdrik varlıqdır.
 
Ayşən Ayxan
BAKU.WS