VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. 
 
Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanırlar. BAKU.WS Bakının müxtəlif məkanlarında xidmət göstərən aquaparkların qiymətlərini təqdim edir:

«AF Hotel Aqua Park» - 15 manat

Novxanıda fəaliyyət göstərən "AF Hotel Aqua Park" kompleksində həftəsonu bir nəfər üçün giriş 15 manatdır.
 

  
«Bilgəh Aqua Park» - 50 manat

Bilgəh qəsəbəsində fəaliyyət göstərən «Jumeirah Bilgah Beach Hotel»dəki Aquaparkda həftəsonu 1 nəfər üçün giriş 50 manatdır. Dənizə giriş isə 30 manatdır. 6 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur.
 

 

 "Aqua Park Shikov” iki nəfər üçün 23 manat 

 "Aqua Park Shikov”dakı istirahət mərkəzinə həftəsonu iki nəfər üçün giriş 23 manatdır. Avtomobil üçün dayanacaq da qiymətə daxildir. 23 manata hovuzdan və çimərlik aksesuarlarından istifadə etmək olar.
 


"Pullman Aqua Park" 40 manat 

"Pullman Aqua Parkı”dəki istirahət kompleksində həftəsonu bir nəfər giriş üçün 40 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir. 
 

 

"Dalga Beach Aquapark Resort" - 50 manat


"Dalga Beach Aquapark Resort”dəki kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Yerli vətəndaşlar üçün isə 50 manatdır. Həftə içi qiymətlər qiymətlər aşağı düşərək yerli 35 xarici vətandaşlar üçün 50 manatdır. 
 

 

"Sea Breeze Hotel" 20 manat

"Sea Breeze Hotel" - Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur. 
 

 

 "Amburan Beach" - 25 manat 

"Amburan Beach" kompleksinə həftəsonu giriş 25 manatdır. Həftə içi isə 20 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir. 
 


İman
BAKU.WS