VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əməkdar artist Almaz Ələsgərli Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində övladlarının tərbiyəsindən danışıb.
 
BAKU.WS xəbər verir ki, müğənni qızlarını tərbiyə edən zaman döydüyünü etiraf edib. Almaz Ələsgərli onu da əlavə edib ki, uşağı tərbiyə etməyə bələkdən başlamaq lazımdır.
 
"Uşaq böyüyənə qədər bir sözü 100 dəfə demək lazımdır ki, nəyin necə olduğunu bilsin. Bundan başqa uşağın geni də yaxşı olmalıdır. Bir də görürsən ki, uşağı yaxşı tərbiyə ilə böyüdürlər, amma böyüyəndə tamam başqa cür olur. Mən öz qızlarımı döymüşəm. Özü də oxlovla”.
 
Xatırladaq ki, Almaz Ələsgərlinin Mədinə və Əminə adlı iki qız övladı var. Onların hər ikisi ailə qursada sonradan boşanıblar.
 
BAKU.WS