VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Lider TV”-nin "Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb.
 
BAKU.WS-in məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Baloğlan Əşrəfov olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O ana haqqında mahnı oxuyaraq, ağlayan həmkarlarına səslənib:
 
"Müğənni ana haqqında oxuyanda niyə ağlamalıdıki? Ümumiyyətlə bütün müğənnilərə səslənirəm, Ana haqqında mahnı oxuyanda dinləyicidən qabaq ağlamaları düzgün qəbul eləmirəm. Bacarırsansa, onun varlığı vəsf elə. Qoy sənə qulaq asanların qəlbi kövrəlsin. Müğənni ağlamamalıdır. Mən ilk dəfə anadan oxuyanda məni qınayanlar da oldu. Bəziləri dedi ki, niyə ana haqqında oxuyursan? O zaman anladım ki, analarını sevməyənlər də var”. 

Qeyd edək ki, "Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da "Lider TV”-də yayımlanır. 
 
BAKU.WS