SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 


Bakılılar və şəhərimizin qonaqları üçün önəmli xəbər!  İnstaqramda "rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki 5-6 may tarixində öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq. Çılğın rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış italyan biznesmen və filantrop Canluka Vakki Bakı Şopinq Festivalına qatılacaq.

Çox yaxında festivalın ruhuna uyğun "Enjoy” ("Zovq al”) şüarı ilə pozitiv və həyat dolu Vakki Bakı tamaşaçılarını öz sürprizi ilə sevindirəcək. 

Məşhur italyan Canluka Vakki ilə görüş – bu yazın əsas hadisəsi olacaq Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir səbəb sayıla bilər!

Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. BSF ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.

Festival iştirakçılarının (sahibkarların) xüsusi "Tax Free” nişanları olan ticarət obyektlərində, ƏDV qaytarılması üsulu tətbiq ediləcək, bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.

Festival zamanı çoxlu sayda əyləncəli tədbirlərin – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr sayəsində festival əsl bayrama çevriləcək.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:  
Tel: 0124982063