SİZİN REKLAM BURADA!
055 213 76 73



Qalmaqallı müğənni Üzeyir Mehdizadə ARB TV-də yayımlanan "Gəlin Danışaq" verilişinin qonağı olub.
 
BAKU.WS xəbər verir ki, verilişdə ilk dəfə olaraq müğənninin atası danışıb. Oğlunun sənətə necə gəlməsindən danışan Bəxtiyar Mehdizadə Üzeyirin musiqiyə olan marağından bəhs edib. 

Üzeyir uşaq olanda məndən ona nağara almağımı istədi. Bizim o vaxt imkanımız yox idi çox kasıb olduğumuzdan ona nağara ala bilmədik. O da məcbur olub dəmir yağ qabılarından zərb aləti kimi istifadə etdi. Onun Zaqatala konsertində stadionda bir dənə belə olsa boş yer yox idi. Çox insan çöldə qalmışdı".
 
Üzeyir Mehdizadə uşaq vaxtından musiqiyə çox böyük həvəs göstərdiyini lakin atasını onu hər zaman idmana yönəldiyini söyləyib.
 
Aynur Ələkbərova
BAKU.WS