SİZİN REKLAM BURADA!
055 213 76 73



"Facebook” panoram videolar izləməyə imkan verəcək VR-əlavə yaradıb.
 
BAKU.WS lent.az-a istinadən verdiyi məlumata görə, bu əlavə "Facebook 360” adlanır və virtual reallıq dəbilqəsi taxmış istifadəçiyə sistemin bütün imkanlarından istifadə etmək imkan yaradır.
 
"Facebook”un VR əlavəsi artıq satışa çıxarılıb. Yeni tərtibatın köməyi ilə istifadəçilər xüsusi effektlərə qərq olaraq, necə deyərlər, "hər şey daxil”, istənilən videoları izləyə biləcəklər. Əlavədən "Ocolus” vasitəsilə "Gear VR”ə uyğun gələn bütün cihazlarda faydalanmaq mümkün olacaq. 
 
Bir qədər sonra isə "Facebook 360” sayəsində özündə virtual kontenti yerləşdirən istifadəçilərin səhifələrinə də abunə olmaq mümkün olacaq.
 
BAKU.WS