VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur müğənni damla N saylı hərbi hissədə əsgərlər üçün konsert verib.
 
BAKU.WS xəbər verir ki, müğənni Yel çərşənbəsi münasibəti ilə əsgərlər qarşısında mahnı ifa edib. Konsert proqramında müğənni Damla ilə bərabər sənət dostları Dəniz Firudinqızı, Zemfira İbrahimova və meyxanaçı Pərviz Bülbülədə iştirak edib. Bu barədə müğənnilər sosial şəbəkədə fotolar paylaşıblar.
 
Damla Instagram səhifəsində çərşənbəni əsgərlərlə keçirməkdən sevincli olduğunu bildirib: "Çərşənbəmi sizinlə keçirməkdən qürur duydum. Yaşasın Azərbaycan əsgəri".
 
Qeyd edək ki, konsert proqramı Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
 
Aynur Ələkbərova
BAKU.WS