VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiyanın Elmi-Tədqiqat İnstitutunun professoru Andrey Simbirçev bəyan edib ki, rusiyalı alimlər xərçəng xəstəliyi ilə hətta ən sonuncu mərhələdə mübarizə aparacaq preparatın sınaqlarını yekunlaşdırırlar.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o bu barədə "İzvestiya” qəzetinə müsahibəsində deyib.

Dərman "İstilik şokunun zülalı” adını alıb. 

"Bu molekul müxtəlif stress təsirlərə cavab olaraq insan orqanizminin hüceyrələri tərəfindən sintez olunur”, - Simbirçev izah edib. Professor qeyd edib ki, kliniki sınaqlar adətən 2-3 il aparılır: 

"Çox təəssüf ki, bundan tez olmayacaq. Xəstələr yeni dərmanı 3-4 ildən sonra alacaqlar”.

Alimin sözlərinə görə, artıq siçanlar üzərində dərmanın sınaqları keçirilib. Bir kurs müalicədən sonra gəmiricilər tam sağalıblar. Yeni preparatın əlavə təsirləri yoxdur.
 
BAKU.WS