SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi, blogger Mehman Hüseynov bu gün həbs olunub.
 
Azxeber.com-un məlumatına görə, Mehman Hüseynovun həbsindən sonra qardaşı hüquq müdafiəçisi Emin Hüseynov "Sancaq production" səhifəsində canlı yayıma çıxıb.
 
O bildirib ki, Mehmanın həbsindən sonra "Sancaq" səhifəsini özü idarə edəcək: "Mən qeyd etmək istəyirəm ki, bundan sonra səhifəni mən və dostlarımız idarə edəcək. Bu işə könüllü qoşulmaq istəyənlər varsa, onlarla da danışa bilərik".
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyi bloggeri xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Məhkəmənin qərarı ilə blogger 2 illik həbs olunub.
 
BAKU.WS