VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə yayımlanan "Zuhal Topalla izdivaç" verilişində azərbaycanlı iştirakçılar milli musiqimizin sədaları altında rəqs edib.
 
BAKU.WS xəbər verir ki, "Nəlbəki" rəqsinin sədaları altında rəqs edən Əli və Nazın bu hərəkəti studioda alqışlarla qarşılanıb. Naz Əliyə sürpriz hazırlayaraq onun üçün rəqs ifa edib. Daha sonra isə tamaşaçılar onların birlikdə oynamasını istəyib. Əli də tamaşaçıların xahişini yerə salmayıb və oynamağı bacarmasa da Nazla rəqs etməyə razı olub.
 
Qeyd edək ki, Naz Mila qatıldığı evlilik verilişi və oradakı qalmaqalları ilə məşhurlaşıb. Bir müddət əvvəl Baha adlı türk bəylə nişanlı olsa da sonradan nişanı qaytarıb. Daha sonra ona Azərbaycandan elçi gələn Əli Əkbərlə sevgili olub, lakin münasibət uzun sürməyib. Hazırda Naz yenidən Əli ilə barışmağa səy göstərsə də Əli ona inanmadığını bildirir.
 
Aynur Ələkbərova
BAKU.WS