SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Alimlərin son araşdırmalarına görə, göz rənginiz necə biri olduğunuz, xarakteriniz haqqında qarşınızdakı adama məlumat verir.

Doktor Entoni Fallonun sözlərinə görə göz nevroloji baxımdan birbaşa beyinlə əlaqəli bir orqandır. Hətta beynimizin bir hissəsidir. Beyin orqanına fiziki olaraq baxdığımızda da bunu görə bilərik. Beynimizin xüsusiyyətləri təbii olaraq gözlərimizdə əks olunur.

Yaxşı, qarşımızdakı adamın göz rənginə baxaraq onun xarakteri haqqında necə məlumat ala bilərik? Beləliklə, 

1. Tünd Qəhvəyi və Qaraya yaxın gözlər: 
 


Doğuşdan liderlik xüsusiyyətlərinə sahib və çox kəskin qərarlar verə bilən insanlar ümumiyyətlə bu göz rənginə sahib olur. Göz bəbəyindəki qaranın çox basqın olduğu bu gözlərə sahib insanlar daha çox sevilirlər. Bu da lider olmalarını təmin edir. Eyni zamanda bu göz rəngini daşıyan insanlar fokuslanma mövzusunda çox bacarıqlı olduqlarından ümumiyyətlə idmanda da müvəffəqiyyətli olurlar.

2. Mavi gözlər:
 

 

Mələk ya da şeytan. Hansı olacağınıza, edəcəyiniz seçimlər, atdığınız addımlar qərar verir. Mavi göz rənginə sahib insanların böyük bir mənəvi gücü var. Bunu hansı istiqamətdə istifadə etdiklərinə uyğun olaraq xarakterləri haqqında fikir söyləyə bilərsiniz. Bu insanlar əsla tərəddüd içində qalmırlar. Eqoistlik kimi xüsusiyyətlərə sahib olmaları da heç kimə sirr deyil. Mavi gözlü insanlar inkişafa daha açıq, daha müasir və asan adaptasiya ola bilən insanlar olaraq ümumiyyətlə digər insanlardan fərlənirlər. Araşdırmalar nəticəsində məlum olub ki, doğum sancısı və hamiləlik stressini mavi gözlü qadınlar daha rahat keçirir. Bundan əlavə onlar qarşısındakı insana təsir etmək gücünə də sahibdirlər. 

3. Boz gözlər:
 

 

Çox nadir olaraq rast gəlinən boz gözlər əslində mavi rəngin bir növünə aiddir. İki fərqli xarakteri daşıyan boz rəng gözlərə sahib insanlar haqqında deyilən ən əhəmiyyətli şey, sirli və qapalı olmamalarıdır. Belə insanlar, ümumiyyətlə digər insanlara kömək etmək üçün yanaranıblar.

4. Ala gözlər:
 

 

Ən məşhur göz rənglərindən biri olan ala gözlər çox xüsusi bir xarakterin aynasıdır əslində. Üstünüzdəki rəngə və işığa görə yaşıldan qəhvəyə doğru dəyişən ala gözlərə sahib insanlar, özünə xas xüsusiyyətləri ilə seçilirlər. Ümumi olaraq, spontan yaşayan və azad insanlar olan ala gözlülər balanslı olsalarda sirrli istiqamətləriylə də diqqət çəkirlər. Cənubi Avstraliya Universitesində Doktor Metyu Liçin araşdırmaları nəticəsində müəyyən edib ki, ala gözlü insanlar  həzm sistemi problemlərini daha çox yaşayırlar.
 
5. Açıq Qəhvəyi gözlər:
 

 

Məşhur göz rənglərdən biri də açıq qəhvəyi gözlərdir. Bu göz rənginə sahib insanlar, dostcanlı və istiqanlı olurlar. Alimlərin sözlərinə görə, açıq qəhvəyi gözlərə sahib insanlar nəzakətli, hörmətli olmaqla yanaşı həm də ciddi xarakterə sahibdirlər. Bu göz rənginə sahib insanlar digər insanlardan daha az yatırlar. Bu səbəblə yuxu bu insanlar üçün ümumiyyətlə bir problemə çevirilib. Zamanında yatmaq, zamanında qalxmaq mövzusunda açıq qəhvəyi gözlərə sahib insanlar çətinlik çəkirlər.
 
6. Yaşıl gözlər:
 


Cazibədarlıq bu gözlərə sahib insanların ortaq xüsusiyyətidir. İnsanlara təsir etmək gücünə sahibdirlər. Ətrafındakıları idarə etmək kimi xüsusiyyətə sahib olmasalar da insanları çaşdırmaqda və yalnış istiqamətləndirməkdə ustadılar desək yanılmarıq. Başqa özəllikləri sirrli və özünə inamlı olmalarıdır. Yaradıcıdırlar, emosiyalarını cilovalamağı bacarırlar.
 
BAKU.WS