SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı metrosunda istifadəyə verilən qatarlar nədənsə xətdə gec-gec görünür.

BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə müzakirələr aparılır. Aparılan müzakirələrdə deyilir ki, yeni gətirilən qatarlar xətdən çıxarılıb. Guya həmin qatarlarda problemlər yaranıb. Bu səbəbdən də, hazırda həmin qatarları xətdən çıxarıblar. Onlar depoda təmir olunur.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Bakı Metropoliteninin Hərəkət Xidmətinin rəisi Etibar İsayevin BAKU.WS-ə verdiyi məlumata görə, yayılan məlumatların hamısı şayiədir. Həmin xəbərlərin heç bir əsası yoxdur.

"Bakı metrosuna gətirilən yeni qatarların üçündə də işlədiyin gündən indiyə qədər heç bir problem yaranmayıb. Həmin qatarlar saz vəziyyətdədir və işləyirlər. Sadəcə bəzən həmin qatarlar "Dərnəgül” – "Həzi Aslanov” stansiyaları istiqamətində işləyir. Bu zaman interval böyük olur. Ona görə də, sərnişinlərə elə gəlir ki, qatarlar stansiyalarda gec-gec görünür. Lakin "İçərişəhər” istiqamətində işləyən zaman interval qısa olur”,  - deyə Etibar İsayev bildirib.

Qurum rəsmisi onu da vurğulayıb ki, hazırda ümumilikdə Bakı metrosunda qatarların hərəkəti üçün çətinlik yarada biləcək heç bir problem yoxdur. Arada kiçik nasazlıqlar yaranan zaman, dərhal mütəxəssislər problemi aradan qaldırırlar.


Ziya Səccad
BAKU.WS