VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 
Bir çoxumuzu düşündürən məsələlərdən biri də "görəsən nə yesəm gün ərzində həm acmaram, həm də kökəlmərəm?" doktor Ayça Kaya bununla bağlı suallarınıza aydınlıq gətirib: "Özünüzü daha tox hiss etmək istəyirsinizsə və bədəninizdəki  yağlardan qurtulmaq istəyirisinizsə hər gün 1 yumurta yeməyi vərdiş halına gətirin" deyə doktor Ayça Kaya bildirib. 
 
Yumurta bildiyiniz kimi ən güclü zülal qaynaqlarından biridir. Araşdırmalara görə, səhərlər 1 yumurta yeyən şəxslər gün ərzində daha az acırlar.

Amerikada alimlərin apardığı araşdırmalar nəticəsində səhərlər yumurta yeyərək günə başlayan şəxslərin, başqa qida qəbul edən şəxslərlə müqayisədə gündəlik 400 kalori daha az yedikləri müəyyən olunub. Yumurtanı qaynadaraq yemək daha məqsədəuyğundur. Qaynadılmış yumurta ilə birlikdə pendir, zeytun, pomidor, yaşıl bibər də yeyə bilərsiniz.
 
BAKU.WS