SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur rəqqasə, Rusiyanın TNT telekanalında yayımlanan "TNT tansı" müsabiqəsinin iştirakçısı Yelena Platonova Bakıda çəkilmiş videosunu izləyiciləri ilə bölüşüb.
 
BAKU.WS xəbər verir ki, kadrlardan videonun yay aylarında çəkildiyi məlum olsa da Platonova görüntüləri bu gün paylaşmaq qərarına gəlib. Kadırlarda rəqqasə rəfiqəsi ilə birlikdə maşınla Bakı küçələrini gəzərək musiqi sədaları altında əylənib.
 
Qeyd edək ki, Yelena Platonova 4 yaşında rəqs fəaliyyəti ilə məşğuldur. Hazırda 33 yaşı olan rəqqasa "Ray" və "Angels show" rəqs qruplarının nəzdində dünya turlarına çıxır. Rəqqasə Rusiyada çox populyardır. 
 
Aynur Ələkbərova
BAKU.WS