VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

  

Uzun müddətdir ki, Göygöl Milli Parkına vətəndaşların girişinə məhdudiyyət qoyulmuşdu. 

 

BAKU.WS-in əldə etdiyi məlumata görə, yaxın günlərdə bu məhdudiyyət aradan qaldırılacaq. Vətəndaşlar həmin parka rahat şəkildə daxil ola biləcəklər.


Göygöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ilin 1 aprel tarixində yaradılmışdır. Milli Park Azərbaycanın qərbində Xanlar və Gəncə inzibati rayonlarının ərazisində yerləşir. Xatırladaq ki, Göygöl Milli Parkına təxminən 5 ildir ki giriş qadağan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu barədə söz-söhbətin olduğunu təsdiqləsələr də, hələlik ətraflı məlumat olmadığını bildirdilər. Yaxın günlərdə ətraflı məlumat veriləcəyi deyilir.

 

Ziya Səccad 

BAKU.WS