SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı gəlin namizədə Naz Mila sevgilisi Əli Əkbərlə yollarını ayırıb.
 
BAKU.WS xəbər verir ki, keçmiş sevgilisi tərəfindən döyüldüyü deyilən Naz və ona Azərbaycandan elçi düşən model Əli Əkbərin münasibətləri soyuyub. Verilişin növbəti buraxılışında isə Əli Nazdan ayrılmaq istədiyini, ona güvənmədiyini bildirib. Naz da öz növbəsində Əlidən əvvəl ayrılıq qərarı verdiyini qeyd edib. Naz Əlini çətin günlərində onu tək qoymaqdan ittiham edib və qərarında qəti olduğunu əlavə edib. Halı pisləşən Əli isə son qərarını verdikdən sonra efiri tərk edib.
 
Qeyd edək ki, artıq bir neçə gündür Türkiyə və Azərbaycan mətbuatında Nazın keçmiş nişanlısı Baha Selenbaş tərəfindən döyüldüyü iddia olunur. Tərəflər bunu inkar etsə də Nazın döyülməsinə dair video tez bir zamanda yayıldı və yayılan xəbərləri həqiqət olduğu ortaya çıxdı.
 
Aynur Ələkbərova
BAKU.WS