SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Nəsibə Eldarova dünyasını dəyişən oğlundan danışıb. BAKU.WS xəbər verir ki, aktrisa milli.az-a hələ də onun ölümünə inanmadığını deyib:

"Həyat yoldaşım Hüseynağa Atakişiyevin itkisindən sonra oğlumun itkisi ilə sarsıldım. Mən hələ də onun ölümünə inana bilmirəm. 3 ildir ki, o dünyasını dəyişib, amma hələ ki, mən o 3 ildəyəm. Oğul itirmək böyük dərddir, Allah heç bir valideyni övlad itkisi ilə sınağa çəkməsin. Ümumiyyətlə, çox gözəl bir ailəmiz var idi, elə bil ki, bir tufan gəldi, hər şeyi vurdu, apardı. Arxaya qalan isə daş-qalaq oldu. Artıq təkliyə alışmışam".

Qeyd edək ki, Nəsibə Eldarova xalq artisti Hüseynağa Atakişiyevin həyat yoldaşıdır. Onun oğlu Rüfət Nağıyev isə uzun sürən xəstəlikdən sonra 2013-cü ildə dünyasını dəyişib.
 
BAKU.WS