SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər idmançı Kamil Zeynallı ilə "Space TV"də yayımlanan "Toy olmayacaq?" verilişinin aparıcısı Şəbnəm Həsənova arasında yaşanan qalmaqal səngimək bilmir.
 
BAKU.WS xəbər verir ki, onu tənqid edən jurnalistin ünvanına təhqirlər səsləndirən idmançı bir müddət əvvəl üzr istəsə də məsələ bununla yekunlaşmayıb. Kamil Zeynallı rəsmi İnstagram səhifəsində təhqir etdiyi jurnalistlərlə bağlı bir qədər də sərt danışıb.
 
"Mənimdə nəslimdə, qohum əqrabamda xanımlar var. Görün kiminsə kişisinə, oğluna söz deyir? Çünki onların hər biri öz ailəsini, ərini, xalaoğlusunu fikirləşir. Gör nə qədər yazıq insanlarsız ki, ağzınıza gələni yazırsız. Bu qədər qadınları söymüşəm. Onların nəslində bir kişi yoxdu ki, çıxsın mənim qabağıma ki, niyə söymüsən mənim qadınımı, qohumumu? Yoxdur! Onların nəslində kişi yoxdu. Əcəb eləmişəm söymüşəm!".
 
Qeyd edək ki, bir müddət əvvəl idmançı Kamil Zeynallı aparıcı Şəbnəm Həsənovanı onu tənqid etdiyi üçün qəzəblənərək təhqir edib. Daha sonra isə jurnalist Əfruzə Ağayeva məsələ ilə bağlı aparıcıdan müsahibə alıb. Elə buna görə jurnalist də idmançının təhqirlərinə tuş gəlib. Təhqir olunan jurnalist idmançını məhkəməyə verib.
 
Aynur Ələkbərova
BAKU.WS