VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gürcüstan, Ukrayna və Suriyada İŞİD-lə kəllə-kəlləyə gələn Rusiya dünyanı heyrətə salacaq silahlarını üzə çıxarıb.

BAKU.WS
-in məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin arsenalında yeni nəsil sayılan "PAK FA” qırıcıları uçuşlara başlayıb. Ən çətin anlarda müxtəlif manevr etməyə qadir olan həmin qırıcılar vasitəsilə dumanlı və çişkinli havalarda belə istənilən obyektə dəqiq nişan alıb, atəş açmaq mümkündür.

Rusların təhlükəli texnika siyahısına "Gecə ovçusu” adlanan "Mi-28NM” helikopterləri daxildir. Bu helikopterlərdə pilotların təhlükəsizliyi tam təmin olunub. "Mi-28NM”də quraşdırılan xüsusi optik cihazlar vasitəsilə gecələr də rahat şəkildə istənilən obyekti dəqiq nişan alıb, darmadağın etmək olar.

Rusların yeni ixtisaslaşdırılmış "Armata” tankları isə quru döyüşlərində əvəzedilməzdir. Həmin tanklar 9 may qələbə günündə "Qızıl meydan”da nümayiş etdirilib. Həmin tanklar silahlarla tam təchiz olunub. "Armata” tanklarına gecə və gündüzgörmə silahları yerləşdirilib. Tanklar dəqiqədə 80 KM sürətlə hərəkət edə bilir.

"Dəniz hakimi” adlandırılan nəhəng döyüş gəmiləri isə dünyada misli-bərabəri olmayan texnikalardandır. Həm su altında, həm də suyun üzündə hərəkət etmək qabiliyyətinə malik olan həmin gəmilərə müxtəlif silah və texnikaları yığmaq olar.

Ziya Səccad
BAKU.WS