VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Payızın işk günü 30 dərəcə isti olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata  görə, sentyabrın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 22-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Ziya Səccad
BAKU.WS