VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Astroloqlar bu günün ulduz falını təqdim ediblər.
 
Qoç dәyişәn potensiallı gündür. Situasiyalar qәfil dәyişkәnlik, kәskin böhran, mübahisәnin qeyri­konstruktiv hәllini vәd edir. Uzun müddәtdәn bәri hazırladığınız plan reallaşa bilәr. Aktiv olun, çәtinliklәrin öhdәsindәn gәlmәk üçün nikbin davranın. Suallara cavabları düşündüyünüzdәn dә asan şәkildә ala bilәcәyiniz yerә yollanın. Tәnbәllik etmәyin. Әks әlaqә vә onun nüansları әhәmiyyәtlidir. Zәifliklәrinizin әsiri olmayın, gәrәksiz әşya vә ya hisslәrdәn qurtulun.Әtrafınızda vurnuxma, tәlәskәnlik var. Bәzilәrinin davranış vә sözlәrinizdәki xırdalıqlar sizә yaşananların mәğzini daha sürәtlә anlamağa kömәk edәcәk.

Buğa çәtin, mürәkkәb, nevroz gündür. Çoxsaylı hadisәlәr, yerdәyişmәlәr, qәfil addımlar ola bilәr. Әtrafınızdakı insanlardan birindә gәrginlik hiss edәcәksiniz. Yaşam arealınıza vә fәaliyyәt sahәnizә kimlәrsә hәyasızcasına müdaxilә etmәk istәyir. Dayanıqlı, tәmkinli, sәbrli olun. Tәnqidlәrә vә boş söhbәtlәrә qatılmayın. İşinizdәn vә fәaliyyәtinizdәn asılı olmayaraq nәzarәti, tәhlükәsizlik hissini itirmәyin. Ciddi mәqamları ötürmәyin, arzu olunanı gerçәklik kimi qәlәmә vermәyin. Sәfәr vә ya sәyahәti planlaşdıranda qәfil şәrtlәr ehtimalını heçә saymayın. Günün ikinci yarısında köhnә әşyalar, mәnasız әlaqәlәr, ehkam saydığınız qaydalardan qurtulun. Maraqlı, indiki zamanda gәrәkli iş tapıla bilәr. Әylәncә vә alış­veriş üçün uğursuz gündür.

Әkizlәr ­dәyişikliklәr istәyi yaranıb. Maraqlı tanışlıq, qәfil görüş, rәğbәt sәviyyәsindә vә ya maraqlar zәminindә sürәtli yaxınlaşma mümkündür. İstәnilәn obraza girәrәk oyuna vә ya rәqabәtә qatıla bilәrsiniz. Әtrafınızdakı vurnuxma plan vә ritmlәrinizi pozursa, sәrt, aqressiv danışa bilәrsiniz. Müstәqil fәaliyyәt, informasiya axtarışı optimal seçimdir. Tәkbaşına çalışmaq istәyi alınmırsa, fiziki işlә mәşğul olun. Belә iş fikrinizi dağıdacaq, problemlәri müvәqqәti dә olsa, unutmağa imkan verәcәk. Axşam saatlarında çox yemәyin, faydalı rasiona keçin. Sәs­küylü toplantı, iclas, toy sizi yoracaq.

Xәrçәng­ başladığınız istәnilәn işdә praktik davranın, romantikliyә aludә olmayın. Bu gün yaranan vә ya güclәnәn ittifaqın kökündә hansısa ideyadan ruhlanma var. Sürәtli hәrәkәt mövcud dәyәrlәr sistemini dağıdaraq işinizin tәkamülü vә münasibәtlәrinizin daha sәbatlı olması üçün gәrәkli nәsnәlәri ortaya qoyacaq. Hәr prosesin öz dinamikası olduğundan tәnbәllik, habelә mәnasız aktivlik uğur, irәlilәyiş vәd etmir. Tәmkinli olun, düşünülmәmiş addımlar atmayın. Tәk qalmayın, sizi narahat edәn mәsәlәni çözmәk üçün suallarınıza cavab arayın. Tәfәrrüatlar, yeni mәlumat, tәrәfdaşınızın açıqlamaları sizi çoxdan bәri narahat edәn problemin hәllini aydınlaşdıracaq, sizә yol göstәrәcәk.

Şir ­ünsiyyәt, sәfәr, tәdqiqat, macәra, sәrgüzәşt, informasiya axtarışı üçün әlverişli gündür. Xoş vә qәfil anlar tәlәskәnlik, qarışıqlıq vә әtrafdakı insanların xaotik hәrәkәtlәri ilә әvәzlәnәcәk. Tәmaslar spontan alınsa vә hәmsöhbәtiniz mövzudan mövzuya keçsә belә, şitdiklәrinizdә rasional mәzmun arayın. Günün ikinci yarısında layihәni optimallaşdırmaq, gәlәcәkdә onun işlәkliyini artırmağın variantlarını arayın. Tәnbәllik etmәyin. Şәxsi münasibәtlәrdә maraqlı dinamika var. Hadisәlәrә tәsir edә bilәrsiniz.

Qız işlәrdә sәliqә, münasibәtlәrdә ehtiyatlı davranış tәlәb olunur. Sürәtli vә dәqiq qәrarlar, islahatçı ideyalar, yanlışlıqların aradan qaldırılması üçün әlverişli zamandır. Danışıqlar aparmağa, kimisә dilә tutmağa, seçimә vadar etmәyә çalışmayın. Әvvәlki şәrtlәr problemin unikal hәll variantını tәmin edә bilәr. Günün ikinci yarısında sәfәr, ümumi iş vә ya әylәncә dayanıqlı hal alaraq durğunluqda olan hisslәrinizi yenilәyәcәk. Kiminlәsә vә ya nә ilәsә vidalaşmaq fikrinә düşübsünüzsә, alternativ arayın. Fikrinizi dәyişә bilәrsiniz.

Tәrәzi ­problemә yaradıcı yanaşsanız, onu asanlıqla hәll edә bilәrsiniz. Yanınızdakı şәxsә yardım edin. Başqa mәnbәdәn yardım ala bilәrsiniz. Eyni vaxtda bir neçә mövzunu nәzarәtdә saxlamaq mәcburiyyәtindәsiniz. Enerji vә imkanlarınızdan rasional istifadә edin. Yaşam tonusu sәviyyәsi mәqbuldur. Fәqәt, әlavә tapşırıq, sifariş vә ya iş peyda ola bilәr. Günün ikinci yarısında sürprizlәr istisna deyil. Sәhhәtinizә fikir verin. Var qüvvәnizlә işlәmәk fikrindәn әl çәksәniz, daha çox işlәr görә bilәrsiniz. Sizә sәrfәli olan vә ya maraqlı gәlәn
işlә mәşğul olun. Axşam saatlarında normal istirahәt edin.

Әqrәb gәrgin, vurnuxmalı, heç bir sәbәb olmadan münaqişәlәrin yarandığı vә sonucların tәxminlәnmәdiyi gündür. Mәntiqli vә ya boş söhbәtlәr çox olacaq. Gәrәkli informasiya ala bilәrsiniz. Nәzarәtsiz emosiyalar yaşamınıza soxulmasın. Nәyisә artıq bәyәnmәyә bilәrsiniz. Qәrarlar asanlıqla qәbul olunur, bәyanatlar sәslәnir. Eyni zamanda bir neçә obyektә diqqәt yetirin. İşgüzar münasibәtlәrdә yükü paylaşdırmaq asan deyil, çünki hәr kәsin öz mәqsәdi vә marağı var. Günün ikinci yarısının fәrqli potensialı vә qeyri­adi potensialı olduğundan yaşanan hadisәlәrdәn birindәn mütlәq şәkildә faydalanmağa çalışın.Әsas mәsәlә hisslәrinizi gizlәdәrәk qәtiyyәtlә davranmaqdır.

Oxatan­ maraqlarınızın әksәriyyәtinin cәmlәşdiyi sahәdә vә ya müstәvidә qayda yaratmağa çalışın. Әtrafınızdakı insanların münaqişә alovlandırmasına imkan vermәyin. Gәrgin mühit bir sıra mövzuları sürәtlәndirir, bәzilәrini isә әksinә, zәiflәdir. Görüşlәr emosional mәcradır vә ümidlәri oyadaraq xeyli xoş anlar yaşada bilәr. Danışıqlar, görüş, dostlarla bir araya gәlmә, romantik tәmasları planlaşdırmaq olar. Daxili müvazinәti qorumağa çalışın. Yanlışlıqlarınız vә niyyәtlәrinizin tәhlilinә çox vaxt ayırmayın. İndiki anla yaşayın. Can atdığınız arzu vә ya ideal varsa, planları reallaşdırmaq üçün optimal zamandır. İlk addımı atın vә anlayacaqsınız ki, hәr şey çәtin deyil.

Oğlaq ­yaşamınızda dәyişiklik vә yenilik әrәfәsidir. Yeni iş yeri arayırsınızsa, sәbәb qәflәtәn tapıla bilәr. Sәbatsız reaksiyalar, incikliyin artması, işlәrdә tәlaş sizi zәiflәdә bilәr. Gәrginlik sәviyyәsi yüksәlir, bәdxahlar vә rәqiblәriniz fәallaşır. Bütün işlәrin öhdәsindәn gәlmәyә çalışmayın. İlk baxışdan ikinci dәrәcәli tәsiri bağışlayan problemi çözün. Neytral mövzular vә emosiyalara qapıla bilәrsiniz. Nәdәnsә imtina etmәk gәrәkdirsә, indi belә qәrarın zamanıdır. Münasibәtlәrә dәyәr verirsinizsә, tәmkinli vә sakit olun. 
 
Dolça ­narahatlıq, nigaranlıq, tәlaş hisslәri var. Çoxdan bәri gerçәklәşdirmәk istәdiyiniz işi nәyin bahasına olursa­olsun başa vurmaq, münasibәtlәrә aydınlıq gәtirmәk, tәmasları konkretlәşdirmәk istәyirsiniz. Mәnfi nәticәyә dә razısınız. Belәdә mübhәm işlәr aşkarlanır vә mövqeyinizi dәyişmәli olursunuz. İnformasiya axtarışı, sorğu­sual, yeni münasibәtlәrin yaradılmasını istәyәn sirr sizi narahat edir. İşgüzar fәaliyyәtinizdә qapalı amillәr mühüm rol oynayır. Günün ikinci yarısında yeni işә başlayın. Sәhhәtinizә fikir verin. Xroniki ağrıların kәskinlәşmәsi istisna deyil. Alış­veriş üçün әlverişli zaman deyil. Axşam saatlarında internetdә çox vaxt keçirmәyin.

Balıq ­baş verәsi hadisәlәr iradәnizdәn asılı olmayaraq yaşanacaq. İfrat aktivlik vә gәrәksiz tәşәbbüslәr işin zәrәrinәdir. Bu günә mühüm toplantı, görüş, alış­veriş planlaşdırmayın. Tәmirdә bir qәdәr fasilә verin. Yaşam arealı vә iş yerindә qayda yaradın, rutin işlәrlә mәşğul olun. Çәtin mәsәlәlәri hәll edin, informasiya arayın.Ailәdә ciddi müzakirә vә münasibәtlәrin ayırd edilmәsi üçün münasib zaman deyil. Yaşlılar vә uşaqların qayğısına qalın. Axşam saatları maraqlı informasiya axını baxımından unikal dövrdür. Gәrginlikdәn qurtulmağa çalışın, enerjinizi tәhlükәsiz mәcraya yönәldin.
 
BAKU.WS