SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə 18-22, gündüz 25-29 dərəcə isti olacaq. Mülayim cənub küləyi əsəcək.

Bölgələrdə də hava  əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlıq ərazilərdə gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Ziya Səccad
BAKU.WS