055 213 76 73
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.
Cənub küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 27-32 dərəcə, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
Ziya Səccad
BAKU.WS