SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidən Bakıya qohumlarına qonaq gələn 23 yaşlı Cahangir Əliyev şəhərdə cavanlıq etmək fikrinə düşür. O, ilk öncə çoxdan tanıdığı 20 yaşlı Nülufər Qasımova ilə zəngləşib, Bakı bulvarında görüş təyin edir.

Görüşən gənclər dəniz kənarında gəzişiblər. Sonradan pünhan yerə çəkilən cütlük öpüşməyə başlayıb. Bu zaman polis onlara yaxınlaşıb və onlara ictimai asayişi pzoduqlarını deyib. Bir neçə dəqiqə mübahisədən sonra polis Cahangir Əliyevi cərimələyib.


Günahsız yerə cərimələndiyini deyən Cahangir Əliyev bununla bağlı BAKU.WS-in redaksiyasına şikayət edib. Belə hallar tez-tez baş verir. Görəsən küçədə, dəniz kənarında öpüşən gənclər əslində qanunu pozurlar.

Eksperlər bu sahədə hər hansı konkret qanun olmadığını deyirlər. "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova BAKU.WS-ə açıqlamasında bu sahədə ictimai qınağın əsas rol oynadığını deyir: "Əslində bu tərbiyəsizlikdir. Biz Avropaya inteqrasiya edirik. Bizim hüquqlarımız var. Amma bu o demək deyil ki, biz hərəkətlərimizlə tərbiyəsizliyi təbliğ edək. Ola bilər ki, qanunda öpüımək qadağan olmasın. Onda küçədə intim hərəkətlər etməliyik?”.

Adətən belə hallar baş verdikdə polis vətəndaşın İnzibati Xətalar Məcəlləsini (İXM) pozmaqda ittiham üdir. Hüquqşunas Ruslan Vəliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, belə hallarda vətəndaşlar adətən İXM-nin 22-ci fəsli üzrə, İctimai qaydalar əleyhinə olan hərəkətlər etməkdə günahlandırılırlar: "Lakin həmin qaydada öpüşməklə bağlı heç bir qeyd yoxdur. Yəni polis qızla öpüşən oğlanı bölməyə aparsa belə, onun barəsində heç bir protokol tərtib edə bilməz. Sadəcə onu bir müddət sorğu-sual edib, sonradan sərbəst buraxacaqlar”.

Bəzi mütəxəssislər isə hesab edirlər ki, küçədə öpüşmək xırda dələduzluq hesab olunur. Bu barədə Polisə Dəstək İctimai Birliyinin sədri, keçmiş hüquq-mühafizə orqanının əməkdaşı Şəmsəddin Əliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, polis istənilən halda vətəndaşların hüquqlarını qoruyur.


"Belə hal baş verərsə, polis vətəndaşı saxlaya, özünü təqdim edib, saxladığı şəxsin kimliyini öyrənə bilər. Oğlanın qızla öpüşməsini ictimai hərəkətin pozulması kimi qiymətləndirə bilər. Onlar barədə xırda dələduzluq maddəsilə protokol təqdim edə bilər”, - deyə Şəmsəddin Əliyev bildirib.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirdilər ki, polis istənilən halda vətəndaşların hüquqlarını qoruyur. Yəni öpüşən gənclrə öz hərəkətlərilə kənardakıların hüquqlarını poza bilər. Ətrafdakılarda nifrət və igər hislər yarada bilər. Bu da kənardakı insanların hüquqlarının pozulması deməkdir. Bu baxımdan əgər polis küçədən öpüşən şəxslərə irad bildirirsə, bu düzgün mövqeydir.

Ziya Səccad
BAKU.WS