VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

ƏLİ 
BAKU.WS