SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Allah Təala Adəm (ə) ilə Həvva (ə) üçün elə ilk xilqətdən paltar qərar vermişdi. İstər mənəvi və istərsə də maddi. Onlar maddi həyata gəlməzdən əvvəl nur paltarına bürünmüşdülər. Yerə enən zaman isə ruhları təqva və bədənlərini isə maddi paltarla örtdülər.

BAKU.WS deyerler.org-a istinadən bildirir ki, axirətdə cəhənnəm əhli üçün atəşdən paltar olacaqdır. Behişt əhli üçün isə nurdan. Yəni heç kəs paltarsız olmayacaqdır.
""Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır". Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar". ("Əraf" 26).
"Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları naxışlı ipəkdəndir". ("Həcc" 23).

"Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!". ("Kəhf" 31).

"Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir". ("Həcc" 19).
 
Behiştdə məhrəm və naməhrəm vardırmı?

Axirət elə bir aləmdir ki, orada təbiətin qanunları hakim deyildir. Orada ata, ana, bacı, qardaş, məhrəm və naməhrəm kimi dəstələrə bölünmək yoxdur. Çünki Qiyamət günü hər kəs torpaqdan xəlq olmuş müstəqil bir insan olacaqdır. Bir-birinə qarşı məhrəm və naməhrəm münasibətləri olmayacaqdır.
 
Behişt qadınlarının geyimi.

Behişt əhlinin paltarı haqqında bəzi ayələr vardır ki, ipək və gözəl parçadan olacağına və əzəmətli olacağına işarə edir. Lakin onun keyfiyyəti haqqında bizim məlumatımız yoxdur. Behişt elə bir yerdir ki, orada məsuliyyət yoxdur və hər kəs öz behiştində sakin olacaqdır. Ona görə də behişt qadınları üçün hicaba da ehtiyac qalmayacaqdır.

Behişt - pakların yeridir. Behişt qadınları da behişt paltarları geyinər və behişt ərlərindən əvvəl pak olarlar. Öz ərlərindən başqa heç kəsə baxmazlar.
Lakin günahkarlar Qiyamət günü paltarsız məhşur olarlar və bu da onlara əzab verər.
 
Həzrət Zəhranın (s.ə) gəlişi.

Xanım Zəhranın (s.ə) məhşər səhnəsinə daxil olması əzəmətli bir hadisədir. Mənəvi cəhətdən ismət əhlindən başqa hamı ona naməhrəmdir. Vəi deyilmir ki, Həzrət Zəhranın (s.ə) gəlişində ancaq kişilər başını aşağı salsınlar, bu, hamıya aiddir. Hamı naməhrəmdir, çünki heç kəs onun Allah Təala yanındakı məqamını tanımır. Ona görə də başı aşağı salmaq - Xanımın (s.ə) əzəməti qarşısında təzim etmək deməkdir.
 
BAKU.WS