SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib.
  
BAKU.WS-in məlumatına görə, mərasimdə iştirak edən tanınmiş müğənni Röya Ayxan Habil Əliyev haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. Müğənni jurnalistlərin suallarına ağlaya-ağlaya cavab verməyə çalışıb. Amma danışmaqda çətinlik çəkən xanım müğənni sözlərini ifadə edə bilməyib.
 
Röyanın danışa bilmədiyini görən Manaf Ağayev xalq artisti barədə öz fikirlərini söyləyib. Sonradan özünə gələn Röya kamança ustası Habil Əliyevin sənəti və şəxsiyyəti barədə fikirlərini bölüşüb.  
 
Qeyd edək ki, xalq artistinin vida mərasiminə çox sayda sənət yoldaşı, yaxınları və rəsmi şəxslər iştirak edib.  Vida mərasimindən sonra Habil Əliyev dəfn olunmaq üçün Fəxri xiyabana aparılacaq. 
 
Ayşən Ayxan
BAKU.WS