SİZİN REKLAM BURADA!
055 213 76 73


  

 
Bu gün Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib.
 
 
BAKU.WS-in məlumatına görə, mərasimə sənətkarın çox sayda sevənləri, yaxınları gəlib. Tanınmış şəxslər də Filarmoniyaya gəlməkdə davam edir. Müğənni Manaf Ağayev, Röya, xalq artisti İlham Namiq Kamal və digər tanınmış sənət adamları Habil Əliyevin vida mərasimində iştirak edib. Çox sayda millət vəkili və dövlət məmuru da mərasimə qatlılıb. 
 
Azərbaycan Milli Konservatoriyasının solo ifaçılıq kafedrasının müdiri, xalq artisti, professor Arif Babayev də Habil haqqında fikirlərini söyləyib: "Onun haqqında, sənəti haqqında çox danışmaq olar. Amma neyliyə bilərik ki, ölüm onu haqladı. Habil həmişə bizim qəlbimizdə yaşayacaq. Allah ona rəhmət etsin!"
 
Qeyd edək ki, vida mərasimindən sonra Habil Əliyev dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb. 
 
Ayşən Ayxan
BAKU.WS