SİZİN REKLAM BURADA!
055 213 76 73


 
32 il boyunca parkinson xəstəliyiylə mübarizə apardıqdan sonra dünyasını dəyişən Məhəmməd Əlinin ölümü bütün dünyanı kədərə qərq edib.
 
BAKU.WS-in məlumatına görə, 74 yaşında həyata gözlərini yuman Məhəmməd Əlinin cənazəsi Arizona ştatından Louisvill şəhərinə özəl təyyarə ilə gətirilib.

Məhəmməd Əlinin cənazə mərasimi cümə günü təşkil ediləcək.

Məhəmməd Əlinin ərəb dilində ayələrlə yazılı olan parçaya sarılı tabutu havalimanında böyük kortejlə qarşılanıb. Kortejdə mərhumun ailə üzvləri və yaxınları iştirak edib.
 
BAKU.WS