VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Vitiliqo" xəstəliyindən əziyyət çəkən Vinni Harlou son zamanların ən məşhur modellərindən biri olub. 
 
BAKU.WS məlumat verir ki, model xəstəliyini avantaja çevirərək qısa müddətə ulduz olmağı bacarıb. 21 yaşlı Vinni "America's Next Top Model" yarışmasına qatıldıqdan sonra tanınmağa başlayıb.
 
Beyons və Dreyk kimi dünyaca məşhur pop ulduzların kliplərində rol alan Vinni bir çox məşhur brendlərin və qadın jurnallarının simasına çevrilib. 
 
Vinni son müsahibələrinin birində xəstəliyindən utanmadığını, özünü belə xoşbəxt hiss etdiyini bildirib. O, onunla yanaşı bu xəstəlikdən əziyyət çəkən insanlara stimul verdiyini deyib. 
 
Bu yaxınlarda isə modeli sosial şəbəkələrdə Maykl Ceksona bənzədiblər. Model bunu onu ələ salmaq məqsədi ilə etdiklərini deyib:
 
"Bilirəm ki, bunu mənə ələ salaraq deyirlər. Lakin, bildirmək istəyirəm ki, mən xəstəliyimdən utanmıram və məni elə bir əfsanəyə bənzətdikləri üçün öz təşəkkürümü bildirirəm".
 
BAKU.WS