SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bakı Marafonu 2016” ilə əlaqədar marafonunun keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
 
ANS PRESS-in məlumata görə, marafonla əlaqədar olaraq Bayraq meydanında başlayaraq Neftçilər prospekti boyunca, həmçinin Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektindən keçməklə Bakı Olimpiya stadionuna qədər hərəkət məhdudlaşdırılıb.

Buna səbəb "Bakı Marafonu 2016” iştirakçılarının yürüş boyu təhlükəsizliyinin təmin edilməsidir. Marafon iştirakçılarından sonuncusu yuxarıda qeyd edilən yollardan keçdikdən sonra həmin yollarda hərəkət tənzimlənəcək.

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2016” keçirilir. Dövlət Bayrağı Meydanından start götürən yarı marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. Marafon Bakının rəmzi olan küləkdən ilhamlanaraq yaranan "Küləyə qalib gəl” (Win The Wind)  şüarı altında keçirilir.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Marafonda 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN mükafata sahib olacaq.  
 
BAKU.WS