055 213 76 73
Ticarət mərkəzlərində insanları dələduzluq yolu ilə aldadaraq onların pulunu mənimsəyən İran vətəndaşları saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb.
Geri qaytaran zaman isə onlar Ə.Səfərovun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.
Hadisə barədə ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.
Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İran İslam Respublikasının vətəndaşları Davud Mogəddəmi və Yosef Hadı saxlanılıblar.
Onlar ifadələrinə bir müddət əvvəl Azərbaycana gəldiklərini və dələduzluq yolu ilə insanları aldadaraq pullarını keçirdiklərini etiraf ediblər.