VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda qardaş bacısını bıçaqlayıb.


BAKU.WS xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Xeyrulla oğlu Nağıyev bacısı 1987-ci il təvəllüdlü Xatirə Xeyrulla qızı Nağıyevanı bıçaqlayıb.

Yaralı qız Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onu ayağından və kürəyindən bıçaq zərbəsi vurulub.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS