» » DTX baş redaktorun hədə-qorxu ilə pul aldığı şəxslərin adlarını açıqlayıb - SİYAHI


12-02-2019 | 11:30

  • 414

DTX baş redaktorun hədə-qorxu ilə pul aldığı şəxslərin adlarını açıqlayıb - SİYAHI


Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, bununla belə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir:

““Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək”.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi Şou-biznes Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Hadisə / Video "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Əsas Xəbər / Hadisə Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Əsas Xəbər / İdman / Video Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq
17 fevral 2019

Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq

1 503 Həyat tərzi
17 fevral 2019

"Lotu Quli"nin 3 adamı tutuldu: polis basqını (VİDEO)

1 004 Hadisə / Video
Bakıda 75 min manata ağac satılır - VİDEO
17 fevral 2019

Bakıda 75 min manata ağac satılır - VİDEO

407 Hadisə / Video
Sumqayıtda mağaza yandı
17 fevral 2019

Sumqayıtda mağaza yandı

105 Hadisə
Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)
17 fevral 2019

Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)

299 Əsas Xəbər / Həyat tərzi
FACESTUDIO-dan COLOR ENDİRİMİ
17 fevral 2019

FACESTUDIO-dan COLOR ENDİRİMİ

122 Həyat tərzi
Cəbhədə son vəziyyət
17 fevral 2019

Cəbhədə son vəziyyət

58 Qarabağ
İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)
17 fevral 2019

İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)

1 191 Əsas Xəbər / Video / Siyasət
Banklarda pulu olanlara ŞAD XƏBƏR
17 fevral 2019

Banklarda pulu olanlara ŞAD XƏBƏR

1 296 İqtisadiyyat
Günün ulduz falı - 17 fevral
17 fevral 2019

Günün ulduz falı - 17 fevral

316 Həyat tərzi