VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın cənub bölgəsində polisin keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz döviyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Etibar Verdiyev saxlanılıb.


Saxlanılarkən üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Belə ki, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Digah kənd sakini Fərid Əskərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı psixatrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq F. Əskərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 166 qram narkotik vasitə olan marixuana, 681 qram narkotik vasitə heroin, 1,7 qram tiryək, 2 qram psaxatrop maddə hesab edilən metamfetamin və metadon aşkar edilərk götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS