VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş verən qanlı cinayətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedərkən atasını və 13 baş qoyunu orada aşkar etmədiyini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra cəsədinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə M.Qasımova məxsus “VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.

Ə.Cənnətovun meyiti eksqumasiya edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS