VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Lamiyə Quliyeva və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

BAKU.WS
  report-a istinadən xəbər verir ki,  hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, ötən il Nəsimi rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı saxlanılıb. O, marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olub.

Daha sonra C.İsmayılov da cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, L.Quliyevanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Şəms Səmədova da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar. S.Səmədova da hazırda həbsdədir. Onun cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

BAKU.WS