SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS
  virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. B.Babayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.


İttihamda deyilir ki, Bəxtiyar Babayev üç nəfərə qarşı ümumilikdə 450 min dollarlıq dələduzluq edib. O, həmin şəxslərə istilik sistemlərinin satışı ilə məşğul olacağını, əldə ediləcək qazancdan onlara da pul verəcəyini vəd edib. Lakin B.Babayev qısa bir müddət pul aldığı şəxslərə qazanc versə də, sonradan vədinə əməl etməyib.


İş üzrə zərərçəkmiş şəxs kimi tanınan Valeh Əliyevin nümayəndəsi Elçin Süleymanlı bildirib ki, təqsirləndirilən şəxs 135 min dollar aldığını iddia edir: "Babayev deyir ki, həmin pulun da 38 min dollarını qaytarıb. Amma cinayət işi materiallarında notarial qaydada bağlanmış borc müqaviləsi var. Müqavilədə də göstərilir ki, Babayevin Valeh Əliyevə 450 min dollar borcu var. Valeh Əliyev digər iki zərərçəkmiş kimi tanınan Natiq və Sahildən pul alaraq Babayevə verib. Həmin şəxslər Valeh Əliyevin yaxınlarıdır. Onlar Babayevi Valeh Əliyevin vasitəsilə tanıyıblar".


Məhkəmə prosesi dekabrın 25-də davam edəcək.


Qeyd edək ki, B.Babayev məhkəmənin hazırlıq iclasında həbs edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Məlumata görə, Bəxtiyar Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevə qarşı dələduzluq edib. O, istilik sistemlərinin satışı ilə məşğul olmaq adı ilə zərərçəkmişlərdən pul alıb. Onların etibarını qazanmaq üçün bir neçə mağaza da göstərərək özünün olduğunu, bizneslə məşğul olduğunu söyləyib.


BAKU.WS