SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış prodüser Sultan Mustafayevlə Naz Milanın (Müşkünaz Seyidzadə) arasındakı qalmaqal məhkəmədə davam edəcək.

BAKU.WS
xəbər verir ki, ilk məhkəmə iclası bu gün Səbayel rayon Məhkəməsində baş tutacaq.

İddiaçı S.Mustafayev bu günü səbirsizliklə gözlədiyini deyir: "Bu gün - 17 sentyabr 2018-ci il çoxdandır gözlədiyim ilk məhkəmədir. Mənim şikayətim əsasında, xalqımın qeyrətli xanımlarını təhqir etdiyi üçün hamının tanıdığı Naz Mila (Müşkünaz Seyidzadə) məhkəməyə vermişəm. Təzminat olaraq 1 milyon manat və Azərbaycan xanımlarından üzr istəməsini tələb edirəm. Görək sabah Səbayel məhkəməsində nələr olacaq?
Qarşı tərəfin məhkəməyə qatılacağı şübhə altındadır".

Xatırladaq ki, azərbaycanlı prodüser Sultan Mustafayev bu ilin mart ayında Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila ilə şəxsi yazışmalarını yayıb. Yazışmalarda Naz Mila Azərbaycan xalqını nalayiq ifadələrlə təhqir edir. Beləki, prodüser Naz Milaya söyüş söydüyü üçün irad bildirib və Azərbaycan xalqının adını batırmaqda ittiham edib. Qarşı tərəf buna cavab olaraq Azərbaycan xanımlarınının ünvanına təhqiramiz ifadə işlədib.

Zülfiyyə Qurbanova
BAKU.WS