SİZİN REKLAM BURADA!
055 213 76 73



Şirvanda Sabirabad sakini bıçaqlanıb.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlunu atası bıçaqlayıb.

Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.

Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS