SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda küçənin ortasında qadın qarət olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Bakı şəhər sakini A.Mustafayevanın içərisində 50 ABŞ dolları və 90 manat pul, habelə 750 manat dəyərində qızıl əşyalar olan sellofan torbasını alıb qaçıblar.

Hadisədən sonra polisə məlumat verilib. Verilən məlumatlardan sonra Xətai rayon Polis İdərəsi 36-cı polis bölməsi, Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsi və Nizami rayon Polis İdarəsi əməkdaşları birgə əməliyyat keçiriblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qadını qarət etməkdə şübhəli bilinən paytaxt sakinləri Emin Səlimov və Aleksandr Baratov saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Suraxanı rayonu ərazisindən 4 velosiped, habelə 1 evdən istilik radiatoru və avtomobildən 50 manat pul oğurlamaları da müəyyən edilib.

BAKU.WS