SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

BAKU.WS report.az-a istinadən bildirir ki, 1986-cı il təvəllüdlü Rzaxan Bədirxan oğlu Mütəllimov şəhərin H.Z.Tağıyev qəsəbəsində yaşadığı ərazidə özünə bir neçə bıçaq zərbəsi vurub.

Zərbələrin əksəriyyəti onun qarın boşluğuna dəyib. Çoxlu qan itirən şəxs dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb.

Əməliyyat olunan yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Nihat HÜSEYNZADƏ
BAKU.WS