VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı rejissor Teymur Hacıyevin "Şanxay, Bakı" adlı qısametrajlı filmi təqdim edilib. 
 
BAKU.WS-in məlumatına görə, rejissor "Şanxay, Bakı"nın ikinci qısametrajlı filmi olduğunu bildirir. 1news.az müsahibə verən Teymur Hacıyev söyləyir ki, film Tampere Film Festivalında (Finlandiya), Milano Film Festivalı (İtaliya), Sarajevo Film Festivalı (Bosniya və Herseqovina), Curta Cinema (Braziliya), Huesca Film Festivalı (İspaniya) və Uppsala Film Festivalı (İsveç) kimi nüfuzlu arenalarda nümayiş olunub. 

"Şanxay, Bakı" — Rozanın və onun yaxınlarlarının təsirli həyatını həvəskar kamera, videoreqistrator, smartfon və başqa qadjetlərlə qeydə alan qısametrajlı filmdir. 

"Mən əyani göstərməyə çalışdım ki, müasir cihazlarla biz reallığı ən gözlənilməz formada təsbit edirik. Bu, mobil telefon, videoreqistrator kamerası, küçədə müşahidə kamerası, toy operatorunun kamerası, həmçinin həvəskar çəkiliş də ola bilər. İndi mən görürəm ki, bütöv hekayəni dolğun danışmağa müvəffəq oldum, - deyə T.Hacıyev əlavə edib. 

Filmdə aparıcı rolları Rasim Cəfər, Roza İbadova və Qurban İsmayılov kimi Azərbaycanın məşhur aktyorları oynayıb. 
 
BAKU.WS