VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hərbçiləri cəbhə kəndində azyaşlı uşaqlara atəş açıblar. Ağdamda həyətdə oynayan uşaqların ətrafına güllələr düşüb. Qorxu keçirən azyaşlılardan biri təcili yardımla xəstəxanaya aparılıb.

Düşmən yenə təxribata əl atıb. Bu dəfə də dinc sakinlər hədəfə alınıb.

Ermənistan silahlı qüvvələri Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub. Hadisə Çıraqlı kəndində baş verib. Düşmən tərəfin atdığı güllələr Məmmədovlar ailəsinin yaşadığı evin həyətinə - uşaqların yanına düşüb. Çıraqlı kənd sakini 13 yaşlı Vüsalə Məmmədova qorxu hissi keçirdiyindən xəstəxanaya aparılıb.

Kənd sakinlərinin sözlərinə görə, atəşə məruz qalan uşaqlar arasında xoşbəxtlikdən xəsarət alan olmayıb. Düşmənin atdığı güllələr sakinlərdən yan keçib.

Xəstəxanadan verilən məlumata görə, 13 yaşlı Vüsalə Məmmədovaya ilkin tibbi yardım göstərilib. Halı yaxşılaşdıqdan sonra o, evə buraxılıb.
BAKU.WS
VİDEO