SİZİN REKLAM BURADA!
055 213 76 73



Konflikt jurnalistika məktəbinin Müdafiə Nazirliyinin dəstəyi ilə Ağdam-Tərtər-Goranboyda 10 günlük təlimi oldu.

BAKU.WS xəbər verir ki, təlimin əsas məqsədi olası müharibədə düşmənlə informasiya müharibəsində savaşacaq kadrların yetişdirilməsidi. Təlimlər həm poliqonlarda həm siniflərdə mühazirə,seminar şəraitində keçirildi.

Təlimlər saat 18:00 kimi cəbhə bölgəsindəki müxtəlif təyinatlı hərbi hissələrdə və poliqonlarda, günün sonu 20:00-da günün yekunu kimi sinifdə ümumi müzakirələr və təcrübəli təlim iştirakçılarının mühazirəsi ilə keçirildi.

Təlim iştirakçıları dağ təlim mərkəzində dağ, meşə şəraitində neçə hərəkət etməli olduqlarını, meşədə, dağda qalmağın yollarını və bir çox şeylər öyrədildi.

Poliqonda isə real döyüşün imitasiyası yaradılaraq əməliyyatlar vaxtı reportyorların döyüşü neçə və hardan müşahidə etməli olduqlarını, hərəkət istiqamətləri, çəkilişləri neçə aparmalı olduqları öyrədildi.

Təlim müddətində keçirilən mühazirələrdə hərbi jurnalistlər Anar Həsənov və Teymur Zahid oğlu 2014-ci il avqust, 2016-cı il aprel döyüşlərindəki fəaliyyətlərin və təcrübələrin gənc jurnalistlərlə bölüşərək yazılı imtahan keçirdilər. Sonda hər bir jurnalistin yazısı fərdi müzakirə olunaraq səhvləri izah olundu, tövsiyələr verildi.

Daha sonra hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkələrdə fəaliyyət, xəbərin yayılmasının operativ yolları, düşmənin dezinformasiyasının qarşısı necə alınmasının yolları, düşmənin dezinformasiyaların necə və vaxtında operativ ifşa olunması ilə bağlı mühazirəsi oldu. Lahiyənin rəhbəri Əlisafa Mehdiyevdi.

BAKU.WS