SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Yazıçı Əkrəm Əylislinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
 
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Ə.Əylislinin vəkili Elçin Sadıqov məlumat verib.
 
Vəkilin sözlətinə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi yazıçının başqa yerə getməməsi barədə iltizam qətimkan tədbiri seçilib və hazırda istintaq aparılır.
 
Qeyd edək ki, Ə.Əylisli barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Yazıçı 30 mart 2016-cı il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurmaqda təqsirləndirilib.
 
BAKU.WS