SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsəd identifikasiya olunub.
 
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik. 

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. 
 
BAKU.WS